Bazar , Yanvar 24 2021
Ana səhifə / Araşdırma / Bakıda xarici şirkətin baş meneceri maskalıların hücumuna məruz qaldı

Bakıda xarici şirkətin baş meneceri maskalıların hücumuna məruz qaldı

Bakıda xarici şirkətin baş meneceri maskalı şəxslərin hücumuna məruz qalıb.

“Report”un xəbərinə görə, bu barədə Bakı şəhər sakini Rüfət Namazoviç Şirinov Daxili İşlər Nazirliyinin “102” – “Qaynar xətti”nə zəng edərək məlumat verib.

R.Şirinov bildirib ki, Ə.Quliyev küçəsi, ev 108 ünvanında 3 nəfər maskalı şəxs “Ener Mech” neft şirkətinin baş meneceri, Böyük Britaniya vətəndaşı Young Andy adlı şəxsi hədələyərək pulunu və şəxsi əşyalarını tələb edib.

Nəsimi Rayon Polis İdarəsi 22-ci bölməsinin əməkdaşları bir neçə dəfə Young Andry ilə əlaqə saxlayaraq onu bölməyə dəvət ediblər.

Lakin o, dəfələrlə polisə dəvət olunmasına baxmayaraq, müxtəlif bəhanələr gətirərək bölməyə gəlməkdən imtina edib.

Həmçinin oxuyun

Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı

Salyan Suvarma Sistemləri İdarəsi bir gündə 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min …

Bir cavab yazın