Azinforum.az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayon sakini, 1985-ci il təvəllüdlü Ülkər Almazova (ad və soyad şərtidir) polisə müraciət edərək bildirib ki, tanımadığı 2 nəfər onun pulunu oğurlayıb.

Şikayətçinin sözlərinə görə, gecə saatlarında tanımadığı 2 nəfər onu Məhəmməd Hadi küçəsindəki evə gətirib və pul qarşılığında mənzili təmizləməyə başlayıb. O, mənzilin sanitar qovşağında olarkən həmin şəxslər çantasındakı 150 manat pulu götürüb.

Faktla bağlı araşdırma aparılır.