Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda telefon qovşağının rəisi bıçaqlandı

Bakıda telefon qovşağının rəisi bıçaqlandı

Bakıda Telefon Qovşağının rəisi qonşusu tərəfindən bıçaqlanıb.

“Report”un Suraxanı Rayon Polis İdarəsindən (RPİ) əldə etdiyi məlumata görə hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1950-ci il təvəllüdlü İsmayılov Əyyub Əkbər oğlu qonşusu Rəşad Həsənov ilə əlbəyaxa dava edib. Daha sonra R.Həsənov Ə.İsmayılova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan Ə.İsmayılov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb. Surxanı RPİ-nin 31-ci Polis Bölməsinin (PB) əməkdaşları R.Həsənovu tutaraq istintaqa təhvil verib.

Qeyd edək ki, Ə.İsmayılov Xəzər Rayon Telefon Qovşağının rəisi vəzifəsində çalışır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın