Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Bakıda qoğal satan kişi dispetçerin qulağını kəsdi

Bakıda qoğal satan kişi dispetçerin qulağını kəsdi

Bakıda qoğal satan şəxs dispetçerin qulağını kəsib, daha bir nəfəri isə bıçaqlayıb.

“Report”un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Rüstəm Rüstəmov küçəsində “makler bazarı” kimi tanınan ərazidə qoğal satmaqla məşğul olan orta yaşlı kişi (şəxsiyyəti müəyyənləşdirilir) 1984-cü il təvəllüdlü Məmmədov Elçin Süleyman oğlunun qulağını kəsib. Daha sonra o, əlindəki bıçaqla mübahisənin qarşısını almaq istəyən 1982-ci il təvəllüdlü Elyazov Xanlar Aydın oğlunun üz və bədən nahiyəsinə bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, E.Məmmədov avtobus dayanacağında dispetçer kimi fəaliyyət göstərir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın