Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda qadın ərinin əmisinin boğazını kəsdi – DƏHŞƏT

Bakıda qadın ərinin əmisinin boğazını kəsdi – DƏHŞƏT

Bu gecə Bakıda dəhşətli cinayət hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində, Turşu küçəsində qeydə alınıb.

Fətəliyev Hökməli Ağaəli oğlu adlı orta yaşlı kişinin boğazı kəsilib. O yoldan keçənlərin köməyi ilə dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb və əməliyyat edilib. Hazırda reanimasiya şöbəsində olan zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir.

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Aygün Elşad qızı Ələkbərova saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, qadın yaralı kişinin qardaşının gəlinidir.

Qadın ifadəsində qohumunun sərxoş halda onların evinə gəldiyini və ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi üçün bıçaqladığını bildirib.

İlkin məlumata görə, H.Fətəliyev tüfeyli həyat sürüb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın