Cümə axşamı , May 2 2024
Ana səhifə / Araşdırma / Bakıda “Nurçular”a qarşı əməliyyat: 85 nəfəri tutuldu – Rəsmi

Bakıda “Nurçular”a qarşı əməliyyat: 85 nəfəri tutuldu – Rəsmi

Sentyabrın 19-da Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsi MTN-nin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.

Azinforum.az-ın  Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıblar.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın