Ana səhifə / Araşdırma / Bakıda müştərinin döyülərək öldürüldüyü klubun adı açıqlandı

Bakıda müştərinin döyülərək öldürüldüyü klubun adı açıqlandı

“Report”un əldə etdiyi məlumata görə, müştərinin döyülməsi hadisəsi Nəsimi rayonu, Bül-Bül prospekti 39 F ünvanında yerləşən “DoReMi” gecə klubunda qeydə alınıb.

Hazırda gecə klubu fəaliyyətini dayandırıb. Belə ki, klub hadisə ilə bağlı 1 həftə sifariş qəbul etməyəcək.

*   *   *12:31

Martın 25-də Xırdalan şəhərinin “Quşçuluq” yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində həmyerlisi, dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Virtualaz.org Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, araşdırmalar zamanı T.Məmmədovun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klublardan birində oranın inzibatçısı – Bakı şəhər sakini Fərhad Musayevlə aralarında baş verən münaqişə zəminində sonuncu tərəfindən yumruqla vurulduğu və yıxılması nəticəsində başından xəsarət alması, sonra dostu ilə birgə onun evinə gələrək orada öldüyü müəyyən edilib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Musayev tutulub.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …

Bir cavab yazın