Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Azərbaycanda qaraciyər və böyrəyini dəyişdirənlərin sayı – Açıqlandı

Azərbaycanda qaraciyər və böyrəyini dəyişdirənlərin sayı – Açıqlandı

Azərbaycanda ötən il orqan transplantasiyası həyata keçirən xəstələrin sayı açıqlanıb.

“ Azinforum.az ” ın Trend-ə istinadən məlumatına görə, 2016-cı ildə 63 nəfərə böyrək köçürülüb. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 848 nəfər immunosuppressiv dərman preparatları ilə təmin olunur.

Ötən il ərzində Azərbaycanda 18 nəfərə isə qaraciyər köçürülüb. Bununla yanaşı, 76 xəstəyə endoprotezləşmə əməliyyatı, 26 uşağa koxlear implantasiya əməliyyatı olunub.

2016-cı ildə yalnız Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində 1000-ə yaxın açıq ürək əməliyyatı icra olunub. Onların 244-ü uşaqlar üzərində aparılıb.

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın