Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda intihar edən gənc qızın sevgilisi istintaqa cəlb olunub

Bakıda intihar edən gənc qızın sevgilisi istintaqa cəlb olunub

Bakıda gənc qızın intihar etməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Nərgiz Vahabovanın sevgilisi olmuş 33 yaşlı B.Ə. istintaqa cəlb edilib. Məlum olub ki, B.Ə. ailəli olub. O, bir müddət əvvəl məhz N.Vahabovaya görə həyat yoldaşından boşanıb.
Bununla yanaşı, o da məlum olub ki, N.Vahabovanın anası onların evlənmələrinə razı olmayıb.
Azərbaycan Kooperasiya Universitetinin maliyyə fakültəsində təhsil alan N.Vahabovanın təhsil haqqını ödəyə bilmədiyi də məlum olub.
Onun sevgilisi ilə bağlı yaranmış durum və maddi problemlərlə bağlı intihar etdiyi ehtimal edilir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın