Çərşənbə axşamı , May 26 2020
Ana səhifə / Araşdırma / Bakıda dəhşət – Arvadını və qızını bıçaqladı

Bakıda dəhşət – Arvadını və qızını bıçaqladı

Bakıda kişi ailə münaqişəsi zəminində arvadını və qızını bıçaqlayıb.
“Report”un xəbərinə görə, hadisə Pirallahı qəsəbəsi, Süleyman Rəhimov küçəsi 81 ünvanında qeydə alınıb.

Belə ki, Rəhimov soyadlı (adı hələlik müəyyənləşdirilməyib) şəxs həyat yoldaşı 51 yaşlı Qönçə Umudova ilə mübahisə edib. O, mətbəx bıçağı ilə Q.Umudovaya iki, qızı 22 yaşlı Aytac Rəhimliyə bir bıçaq zərbəsi vurub.
Daha sonra həmin şəxs qaçaraq evdən uzaqlaşıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları cinayət əməlini törədən şəxsin axtarışlarına başlayıb.

Həmçinin oxuyun

Vətəndaşları dövlətdən ən çox narazı salan şəxslərdən biri, Şahmar İbadov vəzifəsinə əlvida dedi

Nəhayət Nərimanov sakinlərinin arzu etdikləri gün gəldi- vətəndaşları dövlətdən ən çox narazı salan şəxslərdən biri, …

Bir cavab yazın