Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Araşdırma / Bakı-Sumqayıt qatarının hərəkətinə mane olan məktəblilər saxlanıldı

Bakı-Sumqayıt qatarının hərəkətinə mane olan məktəblilər saxlanıldı

Dekabrın 1-də saat 19 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı Keşlə-Biləcəri mənzilinin 2649-cu kilometrində relsin üzərinə mişar daşlarının iri hissələri düzüldüyündən maşinist qatarı saxlayıb, təhlükəsizlik tədbirləri gücləndirilib.

Virtualaz.org “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinə istinadən bildirir ki, hadisə nəticəsində qatarların hərəkətində ləngimələrə yol verilib.

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində dəmir yolunun üzərinə daş parçaları qoyanlar saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlananlar Binəqədi rayonu 100 №-li orta məktəbin XI sinif və Binəqədi rayonu 143 №-li orta məktəbin IX şagirdləridir.

Saxlananlar Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsində dindirilərkən, hadisəni törətdiklərini etiraf ediblər.

“Azərbaycan Dəmir Yolları” bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazıdə yaşayan vətəndaşların nəzərinə çatdırır ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın