Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Gizlənmiş “fətullahçı”nın işi: “Telefonu söndürüb getdim Qəbələyə, sonradan eşitdim ki…”

Gizlənmiş “fətullahçı”nın işi: “Telefonu söndürüb getdim Qəbələyə, sonradan eşitdim ki…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Virtualaz.org saytının xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən Fuad Əhmədli özünü təqsirli bilməyib.

Təqsirləndirilən F.Əhmədlinin vəkili Əsabəli Mustafayev vəsatətlə çıxış edib. O, məhkəmə proseslərinin audi-video çəkilişlə aparılması, mötəbər olmayan sənədlərin sübutlar siyahısından çıxarılması, “Azərfon” MMC-nin icraçı direktoru Ken Maklenin  məhkəməyə əlavə şahid kimi çağırılması barədə vəsatət verib. Məhkəmə çəkiliş aparılması ilə bağlı vəsatəti təmin etməyib, digərlərini isə baxılmamış saxlayıb.

Bundan sonra məhkəmədə zərərçəkmiş şəxs qismində Məhəmməd Quliyev ifadə verib.

O ifadəsində təqsirləndirilən şəxsi deyil, onun əmisi oğlu ƏIiağanı tanıdığını, onun dostu Elşənin restoranında aşpaz işlədiyini göstərib:”Maaşla bağlı problemim yaranmışdı, istirahət günüm olduğundan işdən çıxıb Qəbələyə getmişdim, telefonu da söndürmüşdüm. Sonradan eşitdim ki, Əliağa əmisi oğlunun (Fuad Əhmədlini nəzərdə tutur-red) vasitəsi ilə yerimi müəyyən edib. Axtarışa verilməyimdən çox pis olmuşdum. Niyə mən? Mən cinayət törətməmişdim, niyə axtarışa veriblər? Bu hadisə mənə çox pis təsir etmişdi”.

Zərərçəkmiş ifadəsində təqsirləndirilən şəxsdən şikayəti olmadığını deyib. Fuad Əhmədli isə zərərçəkmiş Məhəmməd Quliyevlə bağlı əmisi oğluna dəqiq məlumat vermədiyini məhkəmənin diqqətinə çatdırıb:”Əmimoğlu Əliağa mesaj yazdı, bildirdi ki, bu şəxsin yerini ona deyim. Əliağanın əl çəkməyəcəyin bildiyimdən heç bir araşdırma aparmadan özümdən ona mesaj yazdım ki, ya ucqar yerdədi, ya da ölkədən kənardadı”.

Zərərçəkmiş Samir Xəlilov ifadəsində onlayn satışla məşğul olduğunu, ötən ilin iyun ayında onun telefonundan Taleh adlı şəxsə zəng olunduğunu deyib:”Təsadüfən səhv düşmüşdüm. Bir xanım cavab verdi. Zəng vurduğum şəxsdən üzr istədim. Bundan sonra axtarışa verildiyimi eşitdim. Fuad Əhmədli mənim şəxsi işimlə bağlı məlumatları həmin qızın nişanlısına veribmiş. Yaranmış vəziyyət mənə çox pis təsir etmişdi”.

Məhkəmə prosesi mayın 11-də davam edəcək.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, Fuad Əhmədli Azərfon MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın