Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / AXCP sədrinin müşaviri həbs olundu

AXCP sədrinin müşaviri həbs olundu

Onun barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim həbs olunub.

 Azinforum.Az xəbər verir ki, vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, Nərimanov rayon Məhkəməsində M. İbrahimin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. İbrahim Mikayıl Quliyev adlı şəxsin şikayəti əsasında həbs olunub. M. Quliyev M. İbrahim tərəfindən döyüldüyünü iddia edərək 18-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Bundan sonra M. İbrahim barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın