Cümə , Avqust 23 2019
Ana səhifə / Araşdırma / Arvadını öldürüb, qanını xəmirə qarışdırdı, sonra da pivə içməyə getdi – VIDEO, FOTOLAR

Arvadını öldürüb, qanını xəmirə qarışdırdı, sonra da pivə içməyə getdi – VIDEO, FOTOLAR

Araq pulu üstündə ailəsində mütəmadi olaraq qalmaqal salan ər, sonda həyat yoldaşını qətlə yetirib. Ana övladlarının gözü qarşısında amansızlıqla öldürülüb.
Xatırladaq ki, Füzuli rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Bala Bəhmənli kəndində qeydə alınıb. Ailə münaqişəsi zəminində kənd sakini, 37 yaşlı Gəncəvi Sadıqov həyat yoldaşı, 31 yaşlı Vüsalə Əsədovanı övladlarının gözü qarşısında qətlə yetirib.
Ailə üzvlərinin RegionTV-yə bildirdiklərinə görə, Gəncəvi Sadıqov spirtli içki aludəçisi olub. O, daim evdə yersiz münaqişələr törədib.
Uşaqların bildirdiyinə görə, hadisə günü o, evə gələrək yoldaşından araq almaq üçün pul istəyib. Xəmir yoğurduğu üçün bir az gözləməsini deyən Vüsalə qəflətən həyat yoldaşının təzyiq və təhqirləri ilə üzləşib. Gəncəvi əlinə götürdüyü bıçaqla həyat yoldaşının boğazına zərbə endirib. Bıçaqla həyat yoldaşına xəsarət yetirən Gəncəvi evdən çıxaraq qaçıb. Yaralı qadının köməyinə isə qızı gəlib. Lakin uşağın anasını qurtarmaq cəhdləri bir nəticə verməyib.
Qətli törətdikdən sonra kənddəki kafelərdən birinə gələn Gəncəvi pivə sifariş edib. Elə polislər də onu pivə içdiyi yerdə yaxalayıblar.
Qeydə alınan faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılır.
Virtualaz.org xatırladır ki, dünən yaylıan ilkin məlumatda ərlə arvadı arasında mübahisənin evdə istiliyin olmaması səbəbindən yarandığı bildirilirdi.
 

Həmçinin oxuyun

QUDALARIN XARİCDƏKİ BÖYÜK ARAQ BİZNESİ… – Eldar Həsənovla bağlı şok məlumatlar yayıldı

2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu …

Bir cavab yazın