Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Apellyasiya Məhkəməsi Cahangir Hacıyevə “yox” dedi – Qərar

Apellyasiya Məhkəməsi Cahangir Hacıyevə “yox” dedi – Qərar

Apellyasiya Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, mayın 27-də Nərimanov rayon Məhkəməsində keçirilmiş iclasda həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb. Apellyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın ləğv edilməsi və azadlığa buraxılması istənilib.

Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın