Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Ana və azyaşlı oğlu dəm qazından boğularaq öldü

Ana və azyaşlı oğlu dəm qazından boğularaq öldü

Bakının Binəqədi rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan, 1981-ci il təvəllüdlü Gülnarə Əfqan qızı Kərimova və onun oğlu, 2008-ci il təvəllüdlü Murad İlyas oğlu Kərimov yaşadıqları evdə dəm qazından boğulub.

Digər hadisə isə rayonun Azadlıq prospekti ev 187, mənzil 40 ünvanında qeydə alınıb. Orada yaşayan, 1978-ci il təvəllüdlü İlqar Mustafayev dəm qazından boğularaq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.(APA)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın