Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Akif Çovdarova bugün cəza istəniləcək

Akif Çovdarova bugün cəza istəniləcək

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi saat 14:00-dək təxirə salınıb.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan proses təqsirləndirilənlərdən birinin vəkilinin gəlməməsi səbəbindən təxirə salınıb.

Məhkəmə saat 14:00-də davam edəcək. Prokuror A.Çovdarov və digərlərinə cəza istəyəcək.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın