Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Ağsuda qadın qisası: ər öldürüldü, oğul həbsxanada, 5 bacı nəzarətsiz

Ağsuda qadın qisası: ər öldürüldü, oğul həbsxanada, 5 bacı nəzarətsiz

Avqustun 23-nə keçən gecə Ağsu rayonunda qəddar qətl hadisəsi baş verib. Qətlin qurbanı 47 yaşlı Gədəli kənd sakini Şamxal İkram oğlu Şamıyev olub.

Azinforum.az  “Sputnik”ə istinadən xəbər verir ki, fakt üzrə qətlə yetirilmiş kişinin arvadı və oğlu – 41 yaşlı Xalidə Şamıyeva və 17 yaşlı Zeynal Şamıyev saxlanılıblar. Onlar özləri polisə gələrək təslim olublar.

Məlum olduğuna görə, ana və oğul kişinin əl-qolunu baölayaraq, ona balta ilə çoxsaylı zərbə endiriblər.

İlkin araşdırma zamanı məlum olub ki, qadın ərini, özünün dediyinə görə, alçaldılmalara daha dözə bilmədiyi üçün öldürüb. Xalidə Şamıyevanın sözlərinə görə, əri spirtli içkilərdən istifadə edib, evə daim sərxoş vəziyyətdə gəlib və dava salıb. Qətl zamanı da Şamxal Şamıyev içkili olub.

Ailədə 6 uşaq böyüyür. Zeynal yeganə oğuldur, qalanları qızdır.

Fakt üzrə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın