Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / 6 yaşlı ögey qızını öldürən şəxs qonşusunun da burnunu qırıbmış

6 yaşlı ögey qızını öldürən şəxs qonşusunun da burnunu qırıbmış

6 yaşlı ögey qızını öldürən, daha sonra onu avtomobil vurub deyə yola atan şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Ağsu rayon sakini, 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesinə hakim Tamella Nəsrullayeva sədrlik edib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində Tural Hüseynli dindirilib. O, təqsirləndirilən şəxsin qonşusudur və aralarındakı dava zamanı Elnar Hacıyev onun burnunu sındırıb.

Zərərçəkmiş ifadəsində bildirib ki, Elnar Hacıyeva qarşı tələbi və şikayəti yoxdur.

“Elnarla qonşu kimi münasibətimiz olub. Həmin günü də Elnar içkiliydi. Mənə dedi ki, uşağın velosipedi var. Dedim, pulunu verərsən, onda sataram. Həm də velosiped maşındaydı. Vermədim, söhbətimiz düşdü. Elnar vurmaq istəyəndə qaçdım, sonra kəllə ilə burnuma zərbə vurdu. Burnum qırıldı. Həkimə getdim, amma şikayət vermədim. Anası məni həkimə aparmışdı. Dedilər, əməliyyat etdirəcəyik. Sonra qaldı, indi nəfəs almaqda çətinlik çəkirəm”.

T.Hüseynli qonçusu Elnarın ögey övladını öldürməsindən xəbəri olmadığını deyib.

Məhkəmə prosesinə dəvət edilən bəzi şahidlər gəlməyib. Məhkəmə həmin şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Məhkəmə prosesi iyunun 21-ə təyin edilib.

E.Hacıyev birlikdə yaşadığı qadının 6 yaşlı qızı Ramilə Abdulxaliqovanın ölümünə görə həbs olunub. O, 6 yaşlı uşağın ölümünə səbəb də bu olub ki, Hacıyevin ayaqlarını yuduğu ləyəni uşaq aparanda su dağılıb.

Elnar Hacıyevə CM-nin 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, mərhum 6 yaşlı Ramilənin öz anası Samirə Yarıyeva da hazırda həbsdədir.

O, Cinayət Məcəlləsinin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq belə nəticəyə gəlib ki, Samirə mütəmadi olaraq, uşağını döyüb, meyitin üzərində aşkarlanmış xəsarətlərin bir neçəsini də hadisədən əvvəl öz anası yetirib.
Samirə Yarıyeva qızı ölən gün polisə zəng edərərək yalan məlumat verib ki, 6 yaşlı övladını maşın vurub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın