Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Araşdırma / “14 yaşlı qızımla 3 nəfər davamlı intim əlaqədə olur” – Bakıda şok hadisə

“14 yaşlı qızımla 3 nəfər davamlı intim əlaqədə olur” – Bakıda şok hadisə

Xəzər rayonunda yeniyetmə qız eyni vaxtda üç gənc oğlanla intim əlaqədə olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, həftənin ikinci günü rayon Polis İdarəsinin 1-ci polis bölməsinə, Qala qəsəbəsinin 39 yaşlı sakini L.B. müraciət edib. Qadın bildirib ki, 17, 18 və 22 yaşlı 3 cavan oğlan sistemli olaraq onun 14 yaşlı qızı ilə intim əlaqədə olurlar.

Zərərçəkmiş tərəfin verdiyi məlumata görə, cinayətkarlar ilk dəfə onun qızı ilə 2016-cı ilin oktyabrında yaxınlıq ediblər. Həmin vaxtdan etibarən onlar davamlı olaraq qızla intim əlaqədə olublar. Gənclər qızı hədələyiblər ki, bu barədə kiməsə danışsa, ona qarşı fiziki zorakılıq tətbiq edəcəklər. Məlumata görə, ana qızının bakirəliyinin pozulması barədə təsadüfən — qızı telefonla pedofillərdən biri ilə danışarkən xəbər tutub. Cinayətkarlar qızı növbəti görüşə çağırırmışlar. Hər üç şübhəlinin şəxsiyyəti müəyyən edilib. Onların günahları sübuta yetirilməyənə qədər adları açıqlanmayacaq. İşin materialları araşdırılması üçün Xəzər Rayon Prokurorluğuna göndərilib. Hazırda faktla bağlı heç kəs saxlanılmayıb.

 

Həmçinin oxuyun

ƏL-ƏSƏD AİLƏSİNİN QARANLIQ TALEYİ – Rusiya Suriyanın başına kimi gətirə bilər? – TƏHLİL

Artıq 8 ildən çoxdur ki, davam edən Suriya münaqişəsi son mərhələyə yaxınlaşıb. Münaqişənin aqibəti Suriyanın …

Bir cavab yazın