Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / 12 yaşlı məktəblinin intiharının dinlə bağlı olub-olmaması araşdırılır

12 yaşlı məktəblinin intiharının dinlə bağlı olub-olmaması araşdırılır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağdaş rayonunda 12 yaşlı məktəblinin intiharı ilə bağlı araşdırma aparır. Bu barədə azvision.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının sözlərinə istinadən xəbər verib.

Komirə rəsmisi vurğulayıb bildirib ki, hadisənin qeyd edildiyi kimi dinlə bağlı olub-olmadığı araşdırılır: “Hələlik bu barədə bir söz demək çətindir. Araşdırmanın nəticəsi bəlli olduqdan sonra məlumat veriləcək”.

Qeyd edək ki, Ağdaş rayonu Ləki qəsəbə sakini, 12 yaşlı İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun bir neçə aydır ki, dərsdən sonra “Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına getdiyi qeyd edilib. Həmçinin intihardan öncə yazdığı məktubda peyğəmbərin yanına getdiyini vurğulayıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …