Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Emin Hüseynov-Azər Həsrət davası – ittihamlar, iddialar və faktlar (Video)

Emin Hüseynov-Azər Həsrət davası – ittihamlar, iddialar və faktlar (Video)

“Yeni Müsavat” qəzetinin ötən saylarında tanınmış jurnalist, MŞ İdarə Heyətinin üzvü Azər Həsrətin geniş müsahibəsi dərc edilib. Sözügedən müsahibədə A.Həsrət cəmiyyətdə xeyli səs-küy yaradacaq nüanslara toxunub. Amma müsahibimiz söhbətin bir hissəsini Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri, hazırda İsveçrədə yaşayan Emin Hüseynova həsr edib.

A.Həsrət E.Hüseynovu “vətən xaini” adlandıraraq, onun Azərbaycan əleyhinə bütün beynəlxalq tədbirlərdə iştirak etdiyini, orada ölkəmizlə bağlı bir qayda olaraq tənqid səsləndirdiyini iddia edib. Müsahibimiz eyni zamanda “media və QHT sektorunda tanınmayan” E.Hüseynova 1 milyon dollara yaxın qrant verilməsi, eləcə də onun bir müddət İsveçrə səfirliyində gizlənməsi, məxfi şəkildə ölkədə çıxarılmasının da arxasında qaranlıq məqamlar olduğunu iddia edib.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və söhbətdə iştirak edən bu sətirlərin müəllifi müsahibə zamanı A.Həsrətə yetərincə opponentlik etsə də, bütün hallarda E.Hüseynovun söz haqqı yaranıb. Bunu da müsahibədə elan edən qəzet rəhbərliyi RATİ sədrinə tribuna yaradılacağının anonsunu verib.

Biz də E.Hüseynovla danışmaq üçün Facebook-un imkanlarından yararlanmağı və canlı yayımda müsahibə etməyi qərarlaşdırdıq. Məlumdur ki, sosial şəbəkədə artıq belə funksiya qüvvədədir: iki və ya daha artıq şəxs dünyanın müxtəlif bucaqlarından canlı yayımda bir araya gələrək müsahibə, söhbət, debat gerçəkləşdirə bilir. Musavat.com E.Hüseynovla Facebook üzərindən etdiyimiz canlı müsahibəni sizlərə təqdim edir. Sözügedən söhbət 4 dekabrda 17.00-18.00 radələrində yayımlanıb və minlərlə insan tərəfindən canlı izlənilib, onların sualları, bəzən irad və tövsiyələri ilə davam edib.

RATİ sədri söhbət zamanı A.Həsrətin bütün ittihamlarını cavablandırıb. E.Hüseynov da öz növbəsində Azər bəyin ünvanına xeyli sərt açıqlamalar səsləndirib. Müsahibənin geniş video versiyası ilə aşağıda tanış ola bilərsiniz.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …