Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Əli İnsanovun məhkəməsi haçan keçiriləcək? – Açıqlama

Əli İnsanovun məhkəməsi haçan keçiriləcək? – Açıqlama

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova açılmış cinayət işi üzrə məhkəmə başlayır. Bunu keçmiş nazirin vəkillərindən Toğrul Babayev bildirib.

Vəkilin bildirdiyinə görə, keçmiş nazirin cinayət işinə aprelin 7-də Qaradağ rayon Məhkəməsində baxılacaq.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il həbs cəzası alıb.

2016-cı ilin oktyabrında Əli İnsanovun həbs müddətinin bitməsinə az bir vaxt qalmış ona Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni ittiham irəli sürülüb.Söhbət Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması) maddələrindən gedir. İttihamlar təsdiqlənərsə onu daha 3 ildən 7 ilə qədər həbs gözləyir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın