Cümə , Aprel 26 2024
Ana səhifə / Ziya Məmmədovun qardaşı yeni qatarların şərəfinə şampan sındırdı

Ziya Məmmədovun qardaşı yeni qatarların şərəfinə şampan sındırdı

“Uralvaqonzavod” Azərbaycanın sifariş etdiyi vaqonların ilk hissəsini göndərir.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün müqavilənin detallarını danışmaq üçün “Azərbaycan Dəmir Yoları”nın nümayəndələri şirkətin baş direktoru Oleq Sienko ilə görüşüblər.

Görüş bu yaxınlarda “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi müxtəlif model yük vaqonlarının alış-satışı ilə bağlı imzalanana müqavilənin reallaşdırılması çərçivəsində baş tutub. Artıq sifariş olunan vaqonların ilk hissəsi iki həftə sonra Azərbaycana göndəriləcək.

Azərbaycan nümayəndə heyəti yeni vaqonlarla tanış olublar, həmçinin Oleq Sienko və millət vəkili Elton Məmmədov göndərilməsi nəzərdə tutulan vaqonların biri üzərində şampan şüşəsi sındırıblar.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın