Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Zabuxdakı erməni sakinlərə köçpulu paylanır – VİDEO

Zabuxdakı erməni sakinlərə köçpulu paylanır – VİDEO

Laçının Zabux kəndində məskunlaşan erməni ailələr bu günlərdə köçə hazırlaşırlar. Bu barədə “Azadlıq radiosu”nun hazırladığı materialda bildirilir. Videomaterialdan görünür ki, ermənilər artıq əşyalarını toplayıb, getməyə hazırlaşırlar.

Videoda müsahibə verən erməni deyir ki, Zabuxdan İrəvana köçüb, orada kirayə mənzildə yaşayacaq. Xatırladılır ki, kəndin Azərbaycana qaytarılmasına qoyulan vaxtın bitməsinə cəmi 2 həftə qalıb.

Qeyd olunur ki, Qarabağdakı qondarma erməni rejiminin rəhbərliyi Zabuxdan çıxanlara mənzil almaq üçün 20-30 min dollar verəcəyini vəd edib.

https://www.youtube.com/watch?v=grxwCaIVEGw

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …