Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Yenicə ailə quran qadın “Net” içib özünü öldürmək istədi

Yenicə ailə quran qadın “Net” içib özünü öldürmək istədi

Qaxda yenicə ailə quran qadın özünü zəhərləyib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Turaclı kəndində baş verib. 1996-cı il təvəllüdlü kənd sakini Orucova Əfsanə Rüfət qızı “Net” təmizləyici vasitəsini içib. O, dərhal yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsində Ə.Orucovaya yardım göstərilib. Hal-hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Ə.Orucovanın həmin yuyucu vasitəni hansı səbəbdən içdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Ə.Orucova 2-3 ay əvvəl ailə həyatı qurub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …