Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / AMEA-da doktorantura üzrə illik təhsil haqqının məbləği açıqlandı – 4000 manatadək

AMEA-da doktorantura üzrə illik təhsil haqqının məbləği açıqlandı – 4000 manatadək

AMEA-da ödənişli əsaslarla fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə, habelə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün doktorantura və dissertanturada müvafiq ixtisaslar üzrə təhsil haqqının illik məbləği açıqlanıb.

AMEA-nın akademik-katibi Əminağa Sadıqov bildirib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya müvafiq ixtisaslar üzrə illik təhsil haqqı 3 ixtisas istisna olmaqla 1000 manatdır:
“Biologiya elmləri üzrə ixtisaslar 2000 manat, Tibb elmləri üçün 2000 manat, Yer elmləri üçün isə illik təhsil haqqı 1500 manat müəyyənləşib. Bu il ödəniş məbləğlərini təsdiq etmişik, növbəti illərdə iqtisadi situasiya əhəmiyyətli dərəcədə dəyişməyəcəksə qiymətlər yerində qalacaq. Bu il ödənişli hesablarla qəbul olanlar bu məbləğləri ödəyiblər”.
Ə.Sadıqov elmlər doktoru üzrə də illik təhsil haqqı məbləğini açıqlaylb: “Elmlər doktoru proqramında müvafiq ixtisaslar üzrə illik ödəniş 1200 manatdır. Burada Biologiya elmləri üzrə ödəniş 3000 manat, Tibb elmləri üçün 2200 manat, Yer elmləri ixtisasları üzrə isə 2000 manatdır”.  Akademik katib bildirib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün illik ödəniş fəlsəfə doktoru proqramı üzrə 3000 manat, elmlər doktoru proqramı üzrə isə 4000 manatdır. 
“İctimai və humanitar ixtisaslarda həm fəlsəfə, həm də elmlər doktoru proqramı üzrə ödəniş isə 2000 manatdır”, – deyə o əlavə edib. 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …