Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Yeni nazir Rövnəq Abdullayevə meydan oxudu- NEFT EMALI ZAVODU CƏRİMƏLƏNDİ

Yeni nazir Rövnəq Abdullayevə meydan oxudu- NEFT EMALI ZAVODU CƏRİMƏLƏNDİ

Neft Emalı Zavodunda texnoloji prosesin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfindən qanunamüvafiq tədbirlər görülüb.
Nazirliyin mütəxəssisi Mirsalam Qəmbərov açıqlamasında bildirib ki, zavod hüquqi şəxs qismində 20 min, sex rəisləri isə vəzifəli şəxs qismində hər biri 3,5 min manat məbləğində cərimə edilib.

Zavodda texnoloji reqlament normalarının gözlənilməsi, əmələ gələn tullantıların qanunamüvafiq idarə olunması, qurğu və avadanlıqlarda modernizasiya işlərinə başlanılması üçün artıq onlara xəbərdarlıq edilib. Bu işlər görülməzsə, yenidən zavoda qarşı qanunamüvafiq tədbirlər görüləcək.

Mənbələrdən atılmalara nəzarət etmək məqsədilə elektron monitorinq sisteminin tətbiq olunması ilə bağlı zavod rəhbərliyinə tövsiyələr verilib.

Gununsesi.info

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …