Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Yeni dərs ili üçün nümunəvi cədvəllər belə olacaq

Yeni dərs ili üçün nümunəvi cədvəllər belə olacaq

Təhsil Nazirliyi yeni dərs ili üçün nümunəvi cədvəlləri təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, hibrid tədris üçün dərs cədvəli nümunələri 4 müxtəlif  situasiyanı əhatə edir:

– əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

– əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə

– əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

– əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.

Bu nümunədən istifadə etməklə müəllimlər məktəbin xüsusiyyətlərinə uyğun dərs cədvəli hazırlaya bilərlər. Nəzərə almaq lazımdır ki, sinif yarımqruplara bölündüyü halda uyğunlaşdırılmış tədris planında distant dərslər üçün nəzərdə tutulmuş dərslərin bir hissəsini əyani dərslərə vermək lazımdır.

Dərs cədvəlini həm də teledərslərin cədvəlinə uyğunlaşdırmaq tövsiyə olunur. Teledərslər hər gün “Mədəniyyət” və “Arb Günəş”  televiziya kanallarında səhər və günorta təkrar verilməklə yayımlanır.  

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …