Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Yasamalın yeni icra başçısı kimdir? – Ustalıqdan icra başçılığına

Yasamalın yeni icra başçısı kimdir? – Ustalıqdan icra başçılığına

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Cəlilabad İcra başçısıƏziz İmran oğlu Əzizovu vəzifəsindən azad edərək, onu Yasamal İcra Hakimiyyəti başçısı təyin edib.

Əziz Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib.

1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.
1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub.
Sahibkarlıq fəaliyyətindən isə birbaşa Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …