Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Yağ adı ilə satdılar, ancaq içindən qum çıxdı (VİDEO)

Yağ adı ilə satdılar, ancaq içindən qum çıxdı (VİDEO)

Fırıldaqçıların üsulları sərhəd tanımır. Bunu elə Binəqədi rayonunun Cəfər Cabbarlı küçəsində yaşanan hadisə bir daha təsdiqləyir. Belə ki, ailəsinin çətin vəziyyətdə olduğunu bildirən şəxs mağazada işləyən qadına 6 manata 2 kq yağ satıb. Ancaq qadın qabı açanda yağ əvəzinə bir topa qumla rastlaşıb. Hadisəni törədən şəxs isə anbaan mağazanın təhlükəsizlik kamerasında görüntülənib.
Geyim mağazasında çalışan Fənarə Səbzəliyeva bildirir ki, dünən bir nəfər mağazaya gəlib və firmada çalışdığını bildirərək ona 2 kiloluq yağı 6 manata satıb. Həmin anın görüntüləri isə anbaan mağazanın təhlükəsizlik kamerasına düşüb.
Həmin şəxs mağazanı tərk edəndən sonra Fənarə Səbzəliyeva qutunu açıb və gördüklərindən şoka düşüb.
Yağın qutusuna diqqətlə baxdıqda isə onun elə tullantı yerindən əldə edildiyini anlamaq mümkündür.
Onu da qeyd edək ki, həmin şəxs yağdan birini də yandakı mağazaya satdığını bildirib. Ancaq Fənarə Səbzəliyeva bildirir ki, o yandakı mağazadan bunu soruşduqda həmin şəxsin dediyi sözün yalan olduğu üzə çıxıb. Zərərçəkən şəxs bildirir ki, onun məqsədi bu fırıldağın ictimailəşməsinə çalışmaqdır ki, digər insanlar da belə aqibətlə üzləşməsinlər.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …