Bazar ertəsi , May 6 2024
Ana səhifə / Xatirə İslamın əri: “Yeri gələndə qısqanıram”

Xatirə İslamın əri: “Yeri gələndə qısqanıram”

Xatirə İslam evinin qapısını “Evdəkilərə salam” verilişinin heyətinin üzünə açıb.

Müğənni oğlu və həyat yoldaşı ilə kamera önünə keçərək, maraqlı açıqlamalar veriblər:

“Xatirəyə yaradıcılığında dəstək göstərirəm. Fərqli xarakterlərimiz olsa belə, ortaq məxrəcə gəlməyi bacarırıq. Bəzi məqamlarda güzəştə gedirəm. Yeri gələndə qısqanıram. Qısqanmayan kişi laqeyd kişidir”.

Daha sonra mətbəxə keçən Xatirə İslam aşpazlıq məharətini göstərdi. Qeyd etdi ki, yemək bişirəndə binanı qoruyan mühafizəçilərə belə o təmlardan pay verir. Qonşularından söz salan Xatirə bunları qeyd edib:

“Qonşularım çox istiqanlıdırlar. Oğlum əməliyyatdan çıxıb gələndə, elə qohumlarım var, xəbər almadılar. Amma qonşularım bir-bir soruşdular”. gecce.az

Həmçinin oxuyun

Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Öncə qeyd etməliyəm ki, mən kapitalizmi əxlaqi ictimai , iqtisadi formasiya hesab etmirəm. Görkəmli alman …

Bir cavab yazın