Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Xankəndidə yaşamaq üçün heç bir şərait yoxdur”

“Xankəndidə yaşamaq üçün heç bir şərait yoxdur”

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində kəskin su qıtlığı yaranıb.

Xankəndi başda olmaqla separatçıların və rus qoşunlarının idarəçiliyində olan ərazilərimizdə su çatışmazlığı ilə bağlı yaranan problem erməni və rus mətbuatında, eləcə də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Kavkazskiy uzel” yazır ki, Xankəndini suyla təmin edən çaylar quruyub. Nəticədə, ərazidə yaşayan əhalinin suyla təminatında ciddi problem yaranıb. Yerli “hakimiyyət” isə problemin havaların isti keçməsi və quraqlıqla bağlı olduğunu bildirib.

Ərazidə yaşayan ermənilər su qıtlığıyla bağlı kəskin narazılıqlarını bildirirlər. Onlar rus sülhməramlılarını və separatçı qurumun başçılarını əhalinin vəziyyətilə maraqlanmamaqda günahlandıraraq, buradan köçən ermənilərin doğru seçim etdiklərini bildirirlər. Məsələn, Xankəndində yaşayan Svetlana Akopyan adlı sosial şəbəkə istifadəçisi yazıb: “Yaşamaq üçün heç bir şərait yoxdur. Hələ gedənləri də ittiham edirlər. Düz edirlər ki, gedirlər. Daim ya su yoxdur, ya qaz, ya da işıq. Və siz camaatı bu cür də saxlamaq istəyirsiniz?…”

Separatçı rejimin rəhbərliyi bəyan edib ki, yaranan problem təbii faktorlarla bağlıdır və su ehtiyatları sarıdan ciddi çatışmazlıq var. Ərazidə yaşayan ermənilər isə bu izahatla razılaşmır və yerli “rəhbərliyi” yarıtmaz idarəçilikdə günahlandırırlar. AzPolitika.info

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …