Şənbə , Aprel 27 2024
Ana səhifə / “Vicdan haqqı”nın Kamili xəstəxanalıq oldu

“Vicdan haqqı”nın Kamili xəstəxanalıq oldu

ATV-də yayımlanan “Vicdan haqqı” serialının baş qəhrəmanı Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Elxan Yunisin səhhətində problemlər yaranıb. Xəstəxanaya düşən aktyora görə serial çəkilişləri təxirə salınıb.

“ Azinforum.az ” xəbər verir ki, Publika.az-a açıqlama verən aktyor hazırda Gəncədə müalicə aldığını deyib: “Ayağımda ağrılar vardı, yeriməyə çətinlik çəkirdim. Məcbur olub serial çəkilişlərini dayandırdım. Sağ olsunlar, mənə görə bir həftə çəkilişlər təxirə düşdü. Həkimlər deiyr ki, sinir ağrılarıdır, onurğamda sürüşmə var, bir həftə müalicə kursu təyin olunub. Əgər müalicə ilə keçməsə, təcili əməliyyat olumalıyam”.

Aktyor xəstəxanada başına gələn bir hadisəni də danışıb: “Xəstəxanada idim, qəfildən bir kişi üstümə yeridi ki, Allah sənin cəzanı verdi. Bir qadını orda gözüyaşlı qoymusan, birini burda. Başa düşdüm ki, serialda oynadığım Kamil obrazına görə kişi mənə qəzəblidir”.

Qeyd edək ki, aktyor “Vicdan haqqı” serialında iki arvadı olan Kamil obrazını canlandırır.

 

“Vicdan haqqı”nın Kamili xəstəxanalıq oldu

Həmçinin oxuyun

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda ehtiyatlı olun!

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı …

Bir cavab yazın