Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Vaşinqtonda Türk və Azərbaycan icmaları etiraz aksiyası keçirdi

Vaşinqtonda Türk və Azərbaycan icmaları etiraz aksiyası keçirdi

Aprelin 24-də Vaşinqtonda ermənilərin qondarma “soyqırımı”nın 106-cı ildönümü ilə bağlı nümayişi olub.

Nümayişdən bir neçə saat öncə ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə həsr olunmuş nitqində “soyqırımı” sözünü işlədib.

Vaşinqtonun erməni icması üzvlərinin və erməni lobbiçilərinin təqribən 50 təmsilçisi Türkiyənin diplomatik nümayəndəliyi qarşısında toplanıb.

Türk, mesxeti türkü və Azərbaycan icmalarının nümayəndələri küçənin digər tərəfində toplaşaraq, ermənilərin yalançı təbliğatını ifşa edən və erməni dəstələrinin Birinci Dünya müharibəsi illərində dinc türklərə, Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlər və 1970-80-ci illərdə türk diplomatları və türk vətəndaşlarına qarşı keçirdiyi terror kampaniyaları haqqında Amerika ictimaiyyətini məlumatlandıran etiraz nümayişi keçiriblər.

Türk və Azərbaycan icma nümayəndələri Co Baydenin bəyanatına qəti etirazını bildiriblər. Etiraz nümayişi zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları, aksiyanın sonunda Türkiyə və Azərbaycanın himnləri səslənib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …