Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Vaqif Aydınoğluya ATV-də yüksək vəzifə verildi

Vaqif Aydınoğluya ATV-də yüksək vəzifə verildi

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğluya çalışdığı kanalda yüksək vəzifə verilib.

Azinforum.az Unikal.org-a istinadən xəbər verir ki, yeni prezident Azər Xəlilov Vaqif Aydınoğlunu kanalın vitse-prezidenti postuna gətirib.

O da bildirilir ki, A.Xəlilov CBC televiziyasının rəhbəri vəzifəsini də daşıdığı üçün hələlik ATV-də icraçı direktor vəzifəsi Vaqif Aydınoğluna tapşırılıb.

Vaqif Aydınoğlu  təyinatla bağlı rəsmi qərarın olmadığını bildirsə də, hazırda kanalda icraçı direktor vəzifəsini daşıdığını təsdiqləyib:

“Hələlik icraçı direktor vəzifəsini icra edirəm. Amma təyinatla bağlı rəsmi qərar olmadığından bu barədə heç nə deyə bilmərəm”.

***

Vaqif Aydınoğlu  “Qafqazinfo”ya bildirib ki, o, TV-də eks-vitse-prezident Rauf Dadaşovun səlahiyyətlərini icra edir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …