Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Vahid Əhmədov: “Hansısa oliqarxın rayonlara ”krışa”lıq etməsi düzgün deyil”

Vahid Əhmədov: “Hansısa oliqarxın rayonlara ”krışa”lıq etməsi düzgün deyil”

Milli Məclisin deputatı, İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat” qəzetinə müsahibə verib.

Virtualaz.org-un məlumatına görə, bir çox məsələlərə aydınlığın gətirildiyi müsahibədə V.Əhmədov rayonlardakı icra başçılarının fəaliyyətinə də münasibət bildirib.

Belə ki, müxbirin “Adətən Qubanın sabiq nazir Ziya Məmmədovun təsir dairəsində olduğu deyilirdi, indi kimin nəzarəti altındadır” sualına cavab verərkən millət vəkili deyib: “Elə bir fikir yoxdur. Ümumiyyətlə, buna ehtiyac da yoxdur. Son vaxtlar icra başçıları faktiki olaraq özləri fəaliyyət göstərirlər, Prezident Administrasiyası, onun regionlar şöbəsi ilə çox ciddi əlaqələri olur. Regionlar şöbəsinin rəhbəri cənab Zeynal Nağdəliyev mütəmadi olaraq icra başçıları ilə görüşür, onlara köməklik göstərir, o cümlədən Administrasiya rəhbəri Ramiz Mehdiyev. Ona görə də hansısa oliqarxın rayonlara “krışa”lıq etməsi düzgün deyil. Çünki təyin olunan icra başçısı sərbəst olmalıdır və rayonun iqtisadi-siyasi məsələlərinə də cavab verməlidir”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …