Ana səhifə / Uorlik yenə “Twitter”də ağladı

Uorlik yenə “Twitter”də ağladı

 uorlik“Dağlıq Qarabağda yenidən güc tətbiqi faciəlidir və atəşkəs rejimini pozur”.

ANS PRESS-in məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu sözləri “Twitter”dəki səhifəsində yazıb.

Daha sonra amerikalı diplomat davam edib: “Tərəflərin bir-birini ittiham etməsi Dağlıq Qarabağ sülhü üçün atılan addımları yox edir”.

Göründüyü kimi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri tərəfləri yola verməyə çalışıb. Əcəba, amerikalı diplomatın Helsinki xartiyasından və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığından xəbəri yoxdur? Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktını niyə qulaq ardına vuraraq, bu cür mənasız bəyanatlar verir? Başqa dövlətin ərazisinə soxulmuş işğalçı ordu ilə öz ərazisini qorumağa çalışan müdafiə qoşunlarını necə eyniləşdirə bilər? Obama administrasiyası niyə bu “Twitter” melanxolikini Amerikanın maraqları üçün həyati olan bir münaqişəyə ağıçı olaraq göndərib? Suallar çoxdur, cavab isə yox…

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın