Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Türkiyədə yoxa çıxan azərbaycanlı biznes-ledi tapıldı – Video

Türkiyədə yoxa çıxan azərbaycanlı biznes-ledi tapıldı – Video

Türkiyənin ATV kanalında yayımlanan məşhur “Müge Anlı ilə Tatlı Sert” proqramında bir aydır itkin düşən azərbaycanlı gənc qız tapılıb. 

“Qafqazinfo”nun xəbərinə görə, Aytən Hüseynovanın anası ilə bacısı proqrama müraciət edərək onun martın 18-dən etibarən yoxa çıxdığı barədə məlumat verib. 

Ailəsinin sözlərinə görə, A. Hüseynova Türkiyə ərazisində saxta vəsiqə ilə yaşayıb. O, itkin düşdüyü gün tanışı olan Əmrah adlı kişi ilə görüşüb və bir daha geri qayıtmayıb. Həmin şəxs özünü Aytənə Milli Kəşfiyyat Xidmətində çalışan biri kimi tanıdıb. Onun adının da, işlədiyi kimi göstərdiyi qurumun da yalan olduğu deyilir.

Aparılan araşdırmalardan sonra gənc qız aprelin 26-da tapılıb. O, yaxınlarına zəng edərək hazırda Antaliya şəhərində olduğunu, təhdid edilərək məcburi saxlanıldığını və telefonunun əlindən alındığını söyləyib.

Qeyd olunur ki, Aytən Hüseynova sağlıq turizmi ilə məşğul olurmuş. O, illərdir Azərbaycandan Türkiyəyə xəstə aparırmış.


Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …