Cümə , İyul 19 2019
Ana səhifə / Aktual / TÜRKİYƏLİ TANINMIŞ CƏRRAHDAN ŞOK AÇIQLAMA: “SILIKON DODAQ ÖLÜMƏ SƏBƏB OLUR” (MÜSAHİBƏ)

TÜRKİYƏLİ TANINMIŞ CƏRRAHDAN ŞOK AÇIQLAMA: “SILIKON DODAQ ÖLÜMƏ SƏBƏB OLUR” (MÜSAHİBƏ)

Hazırda dünyada ən çox marağın olduğu tibbi sahələrdən biri də plastik cərrahiyyədir. Sözügedən sahəyə marağın olması tam təbiidir.  Çünki insanlar hər zaman gözəl görünməyə çalışırlar. Müasir tibb bizim anadan gəlmə qüsularımızı və sonradan qazandığımız bəzi çatışmamazlıqları yalnız plastik və rekonstruktiv cərrahiyyə vasitəsi ilə yoluna qoymağı bacarır. Aparılan araşdırmalar göstərir ki, hazırda ölkəmizdə də tibbin bu sahəsinə böyük maraq var. Xüsusilə də qardaş Türkiyənin bu sahədə olan cərrahlarının işlərinə maraq daha böyükdür.  Plastik cərrahiyyə ilə bağlı bizi və cəmiyyəti maraqlandıran suallara cavab tapmaq üçün hazırda VMR tibb mərkəzinin xüsusi dəvəti ilə Bakıda olan, tanınmış estetik, plastik, rekonstruktiv cərrah  Zübeyir Örterlə söhbətləşdik. Azinforum.az eksklüziv olaraq həmin müsahibəni təqdim edir.

-Zubeyir bəy, bizə məlumdur ki, Siz bu sahənin tanınmış mütəxəsislərindənsiniz.  Xahiş edirik özünüz barədə ətraflı məlumat verəsiniz.

-Mən 1967-ci ildə Türkiyənin Malatiya şəhərində anadan olmuşam. Ali tibbi təsilim var. 17 ildir ki, bu sahədə çalışıram.

-Hazırda sizin təmsilçisi olduğunuz ölkədə plastik cərrahiyəyə maraq necədir?

-İstər Türkiyə, istərsə də bütün dünyada tibbin bu sahəsinə böyük maraq var. Medianın diqqəti və xəstələrin müraciət sayı baxımından Türkiyə dünyada ən öncül yerlərdən birinə sahibdir. Türkiyə plastik cərrahiyənin inkişafına görə dünyada ilk üçlüyə daxildir. Biz yalnız Braziliya və ABŞ-a uduzuruq.

-Türkiyənin bu sahədəki liderliyi hansı parametrlərə bağlıdır? Cünki önə çıxan ölkələr əhali sayına görə lider ölkələr sırasına aid edilmir…

-Burada əsas meyar kimi edilən  estetik əməliyyatların sayı götürülür. Əməliyyatların daha çox edilməsi həmi ölkədə olan professional cərrahların sayına da sıx bağlı olan məsələdir.

-Sizin Azərbaycanla əlaqələriniz neçə ildir davam edir?

-Mən 6 ildir ki, Azərbaycanla sıx çalışıram.

-Bizim ölkədə belə əməliyyatlara kimlər daha çox müraciət edir: qadınlar, yoxsa kişilər?

-Faiz nisbəti ilə götürdükdə qadınlar daha çox müraciət edir və hesab edirəm ki, burada qeyri-adi nəsə yoxdur. Çünki bütün dünyanın təcrübəsində bu belədir. Sizdə qadınlar daha çox burun kəsdirmə, sinə böyütmə, qarından piyin götürülməsi ilə bağlı müraciət edirlər.

zub1

-Yəni demək istəyirsiniz ki, bizim qadınlarımızın arasında kök və burnu böyüklər daha çoxdur.

-Azərbaycanda gözəl xanımlar daha çoxdur. Çox nadir hallarda olsa da, kiçik burunu böyütmək istəyənlər də tapılır.

-Olduqca məsuliyyətli işiniz var. Maraqlıdır, birinin burnunu kiçildirsiniz, insan gedib güzgünün önündə özünə baxır və işi bəyənmir. Bax, belə hallarda məsuliyyət kimin üzərində qalır?

-Təbiidir ki, biz belə əməliyyatlardan əvvəl xəstə ilə dərindən məsləhətləşirik. Onun və bizim məsuliyyətimiz ətraflı izah olunur. Xəstənin əməliyyatdan əvvəlki vəziyyətini əks etdirən fotoları da işin içinə əlavə edirik, eyni zamanda xəstəyə əməliyyatdan sonrakı vəziyyətinin necə  olacağına dair fotolar göstərilir. Yalnız bu prosedurlardan sonra əməliyyata icazə verilir.

-Zübeyir bəy, bizim qadınların daha çox meyl göstərdiyi dəyişikliklərdən biri də silikon dodaqlardır. Bundan heç danışmadınız.

-Silikon dodaqlardan şikayət çoxdur. Bunun plastik cərrahiyə ilə heç bir əlaqəsi yoxdur. Sonradan mənfi fəsadlara səbəb ola bilir. Demək olar ki, hır ay  silikonu çıxarmaq istəyən 3-4 xəstə bizə müraciət edir. Dodaqların böyüdülməsi tamamilə başqa üsulla aparılır. Biz insanın öz piyindən istifadə etməklə, əməliyyat yolu ilə bunu edirik. Adi salonlarda edilən silikonlar bir sıra ciddi xəstəliklərə səbəb ola bilir. Dodağın içində sağalması çətin mümkün olan yaralar yaradır ki,  bəzən insanlar bundan dünyasını da dəyişir.

-Plastik cərrahiyəni ən çox tənqid edən dindarlardı. Yəqin siz də bunun günah olması kimi iradlarla rastlaşırsınız?

-Mənim bir çox tanınmış ilahiyyatçılarla bu mövzuda söhbətim olub. Onlar deyir ki, bir şey insanın durumuna zərər verirsə, onu sıxırsa əməliyyat yolu ilə həmin problemin aradan qaldırılması dinə zidd deyil. Bu yaxınlarda mən Türkiyədə  həyat oldaşı tanınmış imam olan bir xanımın burnunu əməliyyat etdim.  Bu bizə maneçilik törədən məsələ deyil.

-Azərbaycanın öz yerli estetik cərrahlarının işindən razısınızmı?

-Sovet təhsili alan həmin adamların çoxu ixtisasca estetik cərrah deyillər. Mən neçə ildir  birgə calışdığım  azərbaycanlı estetik cərrahların içində  işini tam bilən adama az rast gəldim. Dəhşətdir, əlləri bıçaq tutmayan adamlar özünə estetik cərrah adını qoyub, insanları aldatmaqla məşğuldurlar. Hazırda xaricdə təhsil  alan azərbaycanlılar sırasından da yaxşı plastik cərrahlar yetişir.

-Bu dəfəki səfərinizdə əməliyyata etməyə vaxtınız olacaqmı?

-Düzdür, qrafikim çox zəngindir, ancaq yenə də istəyənlər VMR Tibb Mərkəzi ilə əlaqə saxlaya bilərlər Unvan: Semed Vurgun kuc. 137A
TEL: 0559191101 ve 0776191101

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

zub

vm

bur

Həmçinin oxuyun

İcradan təkzib: “Nizami rayonundakı ağacları şirkət kəsmir, külək əyib”

Nizami rayonu, Tofiq Abbasov küçəsi 9 ünvanında tikinti şirkəti tərəfindən böyük ağacların məhv edilməsi ilə …

Bir cavab yazın