Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Türk iş adamının «Sədərək»dəki obyektini özündən xəbərsiz satıblar – QALMAQAL

Türk iş adamının «Sədərək»dəki obyektini özündən xəbərsiz satıblar – QALMAQAL

«Sədərək» firması Lokbatan qəsəbəsində yerləşən Azərbaycanın ən iri ticarət mərkəzində türkiyəli investora məxsus obyektləri satıb. FED.az xəbər verir ki, indi investor məhkəmədə əmlakından əlavə ona vurulan maddi və mənəvi ziyanın da ödənilməsini tələb edir.

Salih Uzun Hasanın “Sədərək” firmasına qarşı iqtisadi iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. İnvestor idda edir ki, ona topdan satış üçün nəzərdə tutulan hər biri 36 kvadrat metr olan iki anbar məxsusdur.

Lakin firma rəhbərliyi bu obyektləri başqa şəxslərə satıb. İndi S.U.Hasan məhkəmədən bu obyektlərin digər şəxslərin özgəninkiləşdirilməsi müqavilələrinin ləğv edilməsini və bir il müddətində itirdiyi mənfəətə görə 96 min manat və mənəvi zərərə görə 50 min manat ödənilməsini tələb edir.

Bundan əlavə, investor firma üzərinə iddiaçıya qarşı qanunsuz hərəkətlərdən çəkinmək vəzifəsinin qoyulmasına dair qətnamə çıxarılmasına nail olmaq istəyir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …