Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev
deyirdi ki, 1 manat da rüşvət alsam həbsxanada oturmağa hazıram. Gömrük
sədri onu da bildirirdi ki, ölkədə monopoliya yoxdur.
“Tamahını
idarə edə bilməyənlər aramızdan gedəcək”. Bu da Səfər Mehdiyevin
səs-küylü, iddialı və pafoslu bəyanatlarından biri idi. Amma nə oldu?
Məşhur “Yol əhvalatı” filmində deyildiyi kimi, “Paşa vurub maşını
sındırdı”.
Onun
DGK-nə sədr təyinatı ilə nə sistematik, nə prinspial olaraq heç nə
dəyişmədi. S.Mehdiyev ciddi kadr islahatları aparmadı, rüşvətə bulaşmış
məmurlar işlərinə davam elədilər, gömrük məntəqələrində yenə basabas,
süründürməçilik, sahibkarların incidilməsi halları yaşanır.
Biz
nə Gürcüstan, nə Türkiyə, nə İranı qabaqlaya bilirik. Vətəndaşlar hər
səfərində Səfər Mehdiyevin gömrüyü ilə qonşu ölkələrin gömrüklərinin
fərqinə şahid olurlar, tükü tükdən ayırd edə bilirlər.
Fərq
isə göz qabağındadır: gömrükdə rüşvətxorluq, sıxlıq, əsassız yerə
çantaların boşaldılması, bir blok artıq siqaretə və ya 3 litr yağa görə
vətəndaş incidilir, insanlar vətəninə gələndə nifrət etməyə başlayırlar.
Bu,
həm də gömrüyün imicini zədələyir, gömrük əməkdaşını gözdən salır,
xırdaçılığa getməklə kiçik məsələ şişirdilir, nəticə etibarı ilə DGK-nin
reputasiyasına xələl gəlir.
Axı
prezidentin S.Mehdiyevi təyin etməsində məqsədi Aydın Əliyevdən qalan
problemlərin, neqativ halların aradan qalxmasına nail olmaq idi.
Hətta bloqqer, iş adamı Maqsud Mahmudov da video müsahibəsində qeyd edir ki, əvvəlki vəziyyətə şükür etmək lazımdır.
Onun
sözlərinə görə, gömrüyün kuratoru olmuş, sabiq DGK sədri, hazırda
fövqəladə hallar naziri Kəmaləddin Heydərova qurban olmalıyıq, çünki
nazirin vaxtında gömrük bu qədər “bezpredel”, intizamsız, bazar
olmamışdı.
Bu
mənada S.Mehdiyevin ilk günlərdə verdiyi açıqlamaların zaman keçdikcə
blefə çevrildiyi təəssuratı yaranmağa başlayır. Elə bir sahibkar və ya
vətəndaş olmayıb ki, gömrükdə hansısa irəliləyiş olduğunu təsdiqləsin.
İndi isə faktlara nəzər salaq:
2019-cu
ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti
Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat
Baş Gömrük İdarəsində yoxlama aparıb.
Yoxlama
nəticəsində 2 milyon 27 min 800 manat artıq və əsassız ödənişlər aşkar
edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə
bərpası təmin edilməyib.
Görəsən
Maliyyə nəzarət palatası adıçıkilən idarənin 16 günlük deyil 16 aylıq
sənədlərini yoxlasaydı nə qədər maliyə pozuntusu və büdcədən kənar
xərcləmələr aşkarlanardı?
Cəmi
16 günə 2 milyondan artıq maliyyə pozuntusu aşkarlanan idarənini
rəisinin təqdimatını Prezident İlham Əliyevin qarşısına kim qoyub?
15
manat rüşvət aldığına görə gömrük müfəttişini işdən azad edib
sənədlərini prokurorluq orqanlarına göndərən Səfər Mehdiyev
ictimaiyyətin gözünə külmü üfürürdü ya bu kül İsmayıl Hüseynovun
təqdimatını cənab Prezident İlham Əliyevə edəndə öz gözünə üfürülmüşdü?
O
zaman Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində
nələrin olduğunu hörmətli Səfər Mehdiyev bilmirdimi? Və ümumiyyətlə hələ
birinci müavin işlədiyi dövrdə DGK-nın bütün maliyyə sektoru Səfər
müəllimə tabe deyildimi? – suallar açıq qalır…
Növbəti fakta diqqət edək:
Avtonəqliyyat
Baş Gömrük idarəsinə yeni təyin olunan rəis Hüseyn Həsənli ölkəyə idxal
edilən avtomobillərlə bağlı unikal adımlar atır. İlin əvvəlində idxal
olunan avtomobillərin gömrükdə qeydiyyatı zamanı 70%-lik rəsmi artıma
bir yox, düz üç 70% əlavə edilir.
Təxminən
10 min azn dəyərində olan, xaricdən alınaraq ölkəyə gətirilən
avtomobilə 70% əlavə etdikdə təxminən 15 min manat edir. Hətta bu
məbləği insaf müstəvisindən çıxmaqla 100%-lə rəsmiləşdirsən belə rəqəm
20 min manat olur.
Yeni
rəhbər təyinatından sonra isə məbləğ yuxarıda göstərilən təxmini 10 min
manat olduğu halda Avtonəqliyyat Baş Gömrük idarəsində son rəqəm 25 min
manat “müəyyən” edilir. Etiraz edənlərə isə idarənin girişindəki elanı
göstərirlər.
“Vətəndaşların
nəzərinə Avtonəqliyyat Baş Gömrük idarəsinin növbətçi hissəsində
yerləşən idarənin daxili qaynar xətti gün ərzində xidmətinizdədir.
tel:100”.
Avtonəqliyyat
Baş Gömrük idarəsinin Ələmşahı, pardon, qiymət müəyyənedicisi isə
Rövşən adlı şəxsdir. El arasında ona “Kalkluyator Rövşən” deyirlər.
Həzrəti Həsən müəllimin də başı sıxışan, nəfəsi daralan kimi “ya Rövşən”
deyib, lələyi yandırır.
Belə
ki, əlində kalkluyator otağa daxil oln Rövşən müəllim avtomobil
sahibinə qanunların deyil, məhz özünün müəyyən etdiyi rəqəmi deyir. Yəni
25 min manatla bağlı heç nə dəyişmir.
S.Mehdiyev dövrünə aid əlavə faktlara da göz ataq:
Türk
iş adamı prezident İlham Əliyevə müraciətdə yazırlar ki, ölkə
rəhbərinin imzaladığı fərmana əsasən sahibkarlar xarici ölkələrdən idxal
etdikləri malların gömrük rüsumlarını öz və ya öz firmaları adına
ödəməli idi.
Yəni
bununla karqo sisteminin ləğv olunması nəzərdə tutulurdu. Hətta buna
görə gömrük məmurları dəyişdirildiyi məktubda qeyd edilir:
“Bəs karqo ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi?
Eyni
firmadan mal alan sahibkar öz adına malı gətirdiyi zaman gömrük rüsumu
yüksək olur, amma karqo ilə gətirdikdə isə ucuz başa gəlir.
Bunun
səbəbi ondadır ki, sahibkar məhsulu öz və ya firması adına gətirdikdə
rəsmi faktura ilə gətirir. Karqolar isə fakturaları və məhsul kodlarını
dəyişdirərək gətirir.
Bununla
da bazarda haqsız rəqabət yaranır. Bunun səbəbi isə rəsmi şəkildə malı
idxal edən sahibkar, karqo ilə malı idxal edən sahibkardan baha satdığı
üçün haqsız rəqabət yaranmış olur.
Bizdə
isə karqo şirkətləri saxta şirkətlər açaraq malları öz adlarına
rəsmiləşdirir və vergi fakturasını dəyişərək ölkəyə idxal edirlər. Hətta
onlar malın gömrük fakturasını dəyişdirməklə yanaşı malın gömrük
kodlarını da dəyişirlər.
“Biz
Türk iş adamları olarak bu saxta faturasız mal satışlarından, qarşılığı
olmayan bəyannamələrdən yorulduq. Nəyə görə, bizi karqoların qucağına
atdılar?”
Bu,
faktların bir hissəsi idi və vəziyyətin dramatikliyini ifadə edirdi.
Baxmayaraq ki, büdcəyə Gömrük Komitəsindən 1 milyard manat əlavə
vəsaitin daxil olması yeni sədrin adına müsbət hal kimi yazılır.
Amma problemlər hələ də qalmaqdadır. Nəzərə alsaq ki, gömrükdəki problemlər digər sahələrə də mənfi təsir göstərir.
Məsələn,
gömrükdə yaranan problemlər ölkə iqtisadiyyatının inkişafını
əngəlləməklə yanaşı, vətəndaşlarda kəskin narazılıq yaradır.
Ən
başlıcası, idxalda süni problemlər yaratmaqla iqtisadiyyatda
durğunluğa, bəzi hallarda isə geriləməyə səbəb olur. Bunun qarşısını
almaq üçün isə ciddi islahatlara ehtiyac var. Araşdırmalar davam edir. //7news.az//
Həmçinin oxuyun
Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?
Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …