Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Tolikə Gəncədə vəzifə verildi

Tolikə Gəncədə vəzifə verildi

Prodüser Tarix Əliyevə vəzifə verilib.

Musavat.com xəbər verir ki, o, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsertlərinin təşkilatçısı vəzifəsinə təyin olunub.

Prodüser bu haqda sosial şəbəkədə məlumat yayıb:“15 illik prodüserlik fəaliyyətimdə heç bir dövlət idarəsində işləməmişəm, yalnız fərdi olaraq çalışmışam. Bu gün iş həyatımda çox ciddi qərar qəbul edildi. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsertlərinin təşkilatçısı vəzifəsinə təyin edildim. Gəncədə yeni inşa edilmiş möhtəşəm  Filarmoniyada məni rəsmi şəkildə işə götürdüyü üçün Filarmoniyanın direktoru, xalq artisti Samir Cəfərova təşəkkür edirəm. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə mənə görə çox doğmadır. Düz 6 ildir ki, ölkəmiz üçün əlamətdar olan bayramlarda mən Gəncədə təşkil olunan xalq konsertlərinin təşkilatçısı olmuşam. Bu sırada tanınmış ulduzlar – Hadise, Mustafa Ceceli, Ferhat Göcer, Aleksandra Stan, İnqrid, eləcədə öz məşhurlarımız, xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün Kazımova,  əməkdar aristlər – Natiq Şirinov, Röya Ayxan və  başqalarının adını çəkə bilərəm. Gəncə, ötən il “Avropa Gənclər Paytaxtı” seçiləndə də  bu mötəbər hadisənin konsert təşkilatçılığı mənə həvalə olunmuşdu. Gəncə Dövlət Filarmoniyasında uğurlu tədbirlər ərsəyə gətirəcəyimizə inanıram. Əməyimin bəhrəsi kimi dövlət müəsisəsində ştata götürüldüm. Prodüser kimi bir ilkə imza atmaq yenə mənə nəsib oldu”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …