Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Tbilisidə xüsusi təyinatlılar parlamentin ətrafını etirazçılardan təmizləməyə başlayıb – YENİLƏNİR

Tbilisidə xüsusi təyinatlılar parlamentin ətrafını etirazçılardan təmizləməyə başlayıb – YENİLƏNİR

Tbilisidə xüsusi təyinatlılar parlamentin qarşısında aksiyaçıların qurduqları çadırları ərazidən götürüblər.
Aksiyanın dağıdılması zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Artıq parlament binasının arxa hissəsi etirazçılardan təmizlənib.
Polis parlament ətrafında qalan aksiyaçılara ərazini tərk etməklə bağlı yenidən xəbərdarlıq edib. 
***
Tbilisidə xüsusi təyinatlılar Gürcüstan parlamentinin ətrafını etirazçılardan təmizləməyə başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, xüsusi təyinatlılar etirazçıların canlı səddini yarıb.
Ərazidə xüsusi təyinatlı nəqliyyat vasitələri də yerləşdirilib. 
Aksiyanın dağıdılmasında su şırnağından da istifadə olunur, 10-dan çox etirazçının saxlanıldığı bildirilir. 
***
Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara parlament ətrafını tərk etmək üçün 30 dəqiqə vaxt verib.
“Report”un yerli bürosu xəbər verir ki, etirazçılar, öz növbəsində, aksiyanın dinc olduğunu və heç yerə getməyəcəklərini bildiriblər.
Xüsusi təyinatlılar artıq parlament ətrafına cəlb olunublar.
Aksiya iştirakçıları polisin əraziyə daxil olmasının qarşısını almaq üçün canlı zəncir yaradıblar. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …