Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Tanınmış ziyalı Müstəcəb Səfərov dünyasını dəyişib…

Tanınmış ziyalı Müstəcəb Səfərov dünyasını dəyişib…

Tanınmış ziyalı Müstəcəb Səfərov keçirdiyi ürək əməliyyatından sonra dünyasını dəyişib. Səfərov Müstəcəb Mustafa oğlu 22 dekabr 1949-cu ildə, Azərbaycan Respublikasının Şərur Dərələyəz Mahalında anadan olub. 1973-cü ildə Azərbaycan Neft Kimiya Universitetinin Mühəndis İqtisad fakultəsini,1988-ci ildə qiyabi Moskvada SSRİ Kənd təsərrüfatı İnstitunun İqtisadiyyat fakultəsini bununla paralel olaraq Elmi işini etdirməklə 1989-cu ildə İqtisad Elmlər namizədi EKO Energetika Beynəlxalq Akademiyasının Professoru adina layiq görülüb. Ailəlidir 4 övladı var. Bir ziyali olaraq ömrünün 42 ilini Azərbaycan Dövlətinin inkişafına, onun çiçəklənməsinə həsr etdib. Dövlət qulluğunda olduğu illərin 2 ilini hərbidə zabit, 7 il Azərbaycan Respublikasının Tədarük Nazirliyində, 21 il Azərbaycan Respublikasının Dövlət Plan Komitəsində (sonradan İgtisadiyyat nazirliyində şöbə müdürü, Aqrar Sənaye Kompleksinin rəisi, eynizamanda SSRİ- Dövlət Komitəsində Azərbaycan Respublikasının Aqrar sahə üzrə Daimi nümayindəsi, 8 il Kənd Təsərrufatı nazirliyində, Kənd Təsərrufati Kreditləri Agentliyində Aparatın rəhbəri, Baş direktorun müavini, 4 il isə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində (FHN) İnfrasktrunun inkişafı Baş idarəsinin şöbə müdiri vəzifəsində çalışıb.

Müstəcəb Səfərov işlədiyi müddətdə daima Azərbaycan Dövlətinə, Azərbaycan xalqına sədaqətlə xidmət edib. Ulu öndər Heydər Əliyevin Azərbaycana Rəhbərlik etdiyi dövürdə Respublikanın Aqrar Sənaye Sahələri üzrə Regionlarda bu sahə ilə bağlı planlarının tərtib olunması, onların SSRİ- Dövlət Plan komitəsində müdafiyə olunması, Maddi Texniki, Maliyyə Resurslarının alinib Azərbaycan Respublikasına gətirilməsində uzun illər işçi qruppun rəhbərlərindən biri olub. Azərbaycan müstəgillik əldə etdikdən sonra tutduğu vəzifə ilə yanaşı əlavə Azərbaycan Respublikası prezidenti yaninda Fövqəladə ərzaq komisiyasının məsul katibi vəzifəsini icra etmişdir.Səfərov Müstəcəb Azərbaycan Respublikasının Qanunlarını müvafiq olaraq 5 il müddətinə Bakı Şəhəri Məhkəməsinin Xalq İclasçısı seçilib, və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 5 il müddətində fəaliyyət göstərmək üçün mandat olub.Azərbaycan Respublikasında Regionlar üzrə Aqrar sənaye sahələrinin keçmişi, bugünü, prespektileri proqramın regionlar üzrə proqnozlaşdırılması 2020-ci ilə qədər layihəsinin müəllifidir.Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Regionları üzrə İnfrasktrunun yerləşməsinin 2020-ci ilə qədər Baş Sxeminin müəllifidir. Yeni Azərbaycan Partiyasının qurucularındandır.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …