Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / “Şuşamı istəyirəm, oğul, İsa bulağımızdan su içmək istəyirəm, Cıdır düzümü öpmək istəyirəm!” – Flora Kərimovadan ürəkdağlayan NALƏ

“Şuşamı istəyirəm, oğul, İsa bulağımızdan su içmək istəyirəm, Cıdır düzümü öpmək istəyirəm!” – Flora Kərimovadan ürəkdağlayan NALƏ

Son günlərdə cəbhə xəttində vəziyyət gərginləşib. Azərbaycan ordusunun ardıcıl uğurları təkcə əhali arasında deyil, sənət camesində də böyük sevinclə qarşılanıb. Bir çox sənət adamları sosial şəbəkələrdə ordumuzun uğurlarından yazıb və hər an cəbhəyə getməyə hazır olduqlarını qeyd ediblər.

Axar.az sənət adamlarının cəbhə xəttində baş verən hadisələrlə bağlı sosial şəbəkə paylaşımlarını təqdim edir.

Xalq artisti Flora Kərimova: “Oğul, boyuna qurban, bayraq tutan əlinə qurban! Laçınımı, Xocalımı, Xankəndimi görmək istəyirəm. Şuşamı istəyirəm, oğul, İsa bulağımızdan su içmək istəyirəm, Cıdır düzümü öpmək istəyirəm! İnanıram ki, məni tamarzı qoymazsınız! İnanıram sizə, oğul! Allah sizi qorusun!”

Əməkdar artist Aybəniz Haşımova: “Bayrağımız bütün Qarabağ boyu dalğalanacaq. Sən bunu istəsən də, istəməsən də bu, belə olacaq, Ermənistan! Ən doğrusu çəkil torpaqlarımızdan. Nə qədər ki, gec deyil. Onsuz da Azərbaycan sənə bir qarış belə torpağından pay verməyəcək. Az bat günahsız insanların qanına. Bizim qanımızda öldürmək yoxdur, amma məcbur etsəniz… tozunuz belə qalmayacaq”.

Əməkdar artist Hüsniyyə Mürvətova: “Yaşa, var ol, Azərbaycan əsgəri! Sizə canım qurban. Allah qorusun sizi. O gün olsun bayrağımızı Şuşaya sancasınız. Amin! Çox hörmətli polkovnik Abdulla Qurbani ilə əlaqə saxladım. Ondan cəbhə zonasına gedərsə, məni də özü ilə aparmasını xahiş etdim. İnşallah, mənə də qismət olar cəbhəyə getmək. Əsgərlərimizlə mütəmadi görüşlərimiz olur. Mən məhz bu günlərdə əsgərlərimizə dəstək olmaq istəyərdim”.

Xalq artisti Faiq Ağayev: “Könlüm keçir Qarabağdan, Gah o dağdan, gah bu dağdan. Vətən! Qarabağ bizimdir”.

Əməkdar artist Elman Rəfiyev: “Ermənistan, Azərbaycan əsgəri qarşısında ehtiyatlı ol! Aslanla işin olmasın, ey məzlum! Onsuz da uduzmusan! Biz elə bizik!”

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …

Bir cavab yazın