Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Süleymani ilə vida mərasiminə başçılıq edən Xamenei göz yaşlarını saxlaya bilmədi

Süleymani ilə vida mərasiminə başçılıq edən Xamenei göz yaşlarını saxlaya bilmədi

İranın ali dini lideri Ayətullah Əli Xamenei, şəhid olan İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Quds” xüsusi təyinatlı dəstəsinin komandanı general Qasım Süleymani ilə vida mərasiminə rəhbərlik edir.

Virtualaz.org bildirir ki, bu barədə bazar ertəsi “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, mərasimdə İran Prezidenti Həsən Ruhani də iştirak edir.

Məlumatda o da vurğulanır ki, general Qasım Süleymaninin qızı Zeynəb atasının dəfn mərasimində Vaşinqtonu və onun tərəfdaşı İsraili “qara günlər” gözlədiyini deyib : “Ağılsız Tramp, düşünmə ki, atamın ölümü ilə hər şey bitib”.

*   *  *11:21

İranın paytaxtı Tehran şəhərinin Azadi meydanına çıxan prospektlərdə böyük izdiham var.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, buna səbəb iranlı general Qasım Süleymani ilə vida mərasiminin keçirilməsidir.

Qeyd edək ki, ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülən general Qasım Süleymaninin cənazəsi ötən gecə Tehrana gətirilib. Onun üçün Ayətullah Xameneinin rəhbərliyi ilə Tehran Universitetində cənazə namazı qılınıb.

İran KİV-i şəhərdə küçələrə milyonlarla insanın axışdığını qeyd edir. Vida mərasiminə qatılanlar ABŞ əleyhinə sərt şüarlar səsləndirir və dərhal intiqamın alınmasını istəyirlər.

Qeyd edək ki, burada vida mərasimi bitdikdən sonra Qasım Süleymaninin cənazəsi dəfn üçün Kirman şəhərinə yola salınacaq.

Əbu Mehdi Mühəndisin cənazəsi isə Nəcəfə yola salınacaq və Vadius-Salam qəbiristanlığında dəfn ediləcək.


Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …