Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Şouya içkili qatılan Fərda Xudaverdiyev söyüş söydü – Zal boş qaldı – FOTOLAR

Şouya içkili qatılan Fərda Xudaverdiyev söyüş söydü – Zal boş qaldı – FOTOLAR

Dünən, yəni mayın 5-i Nizami Kino Mərkəzində baş tutan Fərda Xudaverdiyevin “Selfinaz 2” stand up şousu öncəsi qalmaqal yaşandı.

Hələ şouya saatlar qalmış mediaya “Mütləq gəlin. Jurnalistlər üçün giriş sərbəstdir” deyən təşkilatçılar qəfil fikirlərini dəyişdilər. Jurnalistləri zala buraxmadılar.

Əvvəlcə “Sizin üçün yuxarı mərtəbədə yer ayılır, oraya qalxın” deyib, sonra isə oradan da bayıra çıxarılan mətbuat işçilərini ələ salırmış kimi davranan təşkilatçılar deyəsən eyforiyaya qapılıblar. Elə bilirlər ki, zaldakı Fərda yox, Cem Yılmazdır. Tamam, ona özünü oxşatmağa çalışan biridir, amma o, Cem Yılmaz deyil.

Təşkilatçıların medianın gücündən ya xəbərləri yoxdur, ya da Fərda kimi onlar da içkili idilər. Bəli, Fərda şouya içkili halda qatılmışdı. Hətta iş o yerə çatmışdı ki, jurnalistlərə açıqlama verərkən suala etik çərçivələr daxilində cavab verəcək halda olmadığı üçün söyüşlə danışmalı oldu. (Səs yazısı var – red).

O söyüşü ancaq 2 küçə adamı dalaşarkən eşitmək olar. Yəqin içkili olması ilə yanaşı, həm də əsəbi olduğuna görə belə hala düşüb. Axı, şoudan öncə, “Məndən dəvətnamə istəməyin” deyə müraciət ünvanlayan Fərdanın şousuna həmkarlarından, şou-biznesdən barmaqla sayılacaq qədər, hətta bir əldə olan barmaqların sayı qədər adam qatılmışdı. Bilet alıb gələnlər isə zalı dolduracaq qədər deyildi. Bu da onu qəzəbləndirə bilər.

Əslində normaldır, niyə gəlsinlər ki? YouTube-ni açıb, “Cem Yılmaz” yazıb, baxa bilərlər də, üstəlik pulsuz… Bəlkə də bir az abartmış olaram, Fərda hələ Cem Yılmazı parodiya edir, daha doğrusu etməyə çalışır. Onun o mərtəbəyə çatmağına çox var. Əvvəlcə mədəniyyət, danışıq, qabiliyyət və hörmət sahibi olmaq lazımdır. Bunları da plagiat edəcəksiniz, Fərda bəy?

 

Həmçinin oxuyun

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 466 daşınmaz əmlak obyekti alıblar ki, bu da …

Bir cavab yazın