Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Saleh Rüstəmli azadlıqda – Foto

Saleh Rüstəmli azadlıqda – Foto

Xəbər verdiyimiz kimi, həbsdə olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli ötən gün imzalanan sərəncamla əfv edilib.

Azinforum.az xəbər verir ki, artıq o cəzaçəkmə müəssisəsindən evə buraxılıb. Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Qeyd edilib ki, S.Rüstəmli artıq evindədir. 

Xatırladaq ki, uzun müddətdir Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunub. O, narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə S.Rüstəmlinin Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları əlavə olunub.

Ötən ilin sonlarında həbsinə etiraz olaraq 41 gün aclıq aksiyası keçirib. Daha sonra yaxınlarının təkidlərindən sonra qida qəbul etməyə başlayıb. Onun siyasi baxışlarına görə həbs olunduğu da iddia edilirdi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …