Çərşənbə , Noyabr 29 2023
Ana səhifə / Aktual / Şahmar Mövsümov: “Sertifikatda da COVID-19 pasportundakı kimi QR kod olacaq”

Şahmar Mövsümov: “Sertifikatda da COVID-19 pasportundakı kimi QR kod olacaq”

“Koronavirus əleyhinə peyvənd vurdurulması üçün əks göstərişləri olan insanlar üçün xüsusi sertifakatın hazırlanması nəzərdə tutulur”.

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq və həmin şəxslər yoxlanılacaq: “Əgər həqiqətən də həmin şəxslərə peyvənd vurulması tövsiyə edilməzsə, o zaman onlara əks göstəriş sertifikatı veriləcək. Həmin sertifikatda da COVID-19 pasportundakı kimi QR kod olacaq”.

Həmçinin oxuyun

Rəcəb Babaşov niyə dəyişib?

Və ya dövlət başçısının qərarlarına etiraz etməyə cəsarət göstərən məmurları təqdirmi etməli, tənqidmi? Son illər …